Restoran yanğından mühafizə olunub.
Bakıda restoranda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, ümumi sahəsi 900 m² (hər mərtəbəsi 300 m²) olan üçmərtəbəli restoranın 1-ci mərtəbəsinin xarici divarına quraşdırılan havalandırma qurğusunun mühərriki yanıb. Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.