Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AYNA-nın “Report”a istinadən məlumatına görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Samir Məhəmməd oğlu Rəhimovu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.