Yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən söndürülüb
Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində ( Bakı Olimpiya Stadionunun arxasında) qamışlıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətə söndürülüb.