Bakıda ödəmə terminalından 13 min manat oğurlanıb

Xəbərlər

21.01.2025 - 12:54

Həkimlər Klinikalar SEO Xidməti

Keçmiş məhkum şübhəli şəxs qismində saxlanılıb

Bakının Sabunçu rayonunda yerləşən marketlərin birində quraşdırılan ödəmə terminalından 13 min manatdan artıq pul və digər əşyaların oğurlanması barədə polisə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş H.Ovçiyev müəyyən olunaraq saxlanılıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş