Bakıda NATO kursu keçiriləcək

Xəbərlər

23.09.2022 - 23:48

Müdafiə Nazirliyi məlumat yayıb

NATO-nun "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) beynəlxalq təlimatçıları Bakıya gəlib, sentyabrın 26-da növbəti kurs keçiriləcək.

Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, məqsəd NATO qərargahlarında və tərəfdaş ölkələrdə ƏİK proqramına cəlb olunan hərbi qulluqçulara ƏİK tədbirlərinin planlaşdırılması və icrası mərhələsində məlumat bazasının tətbiqinin öyrədilməsidir.

Hazırlıq mərhələsində yerli və xarici mütəxəssislərdən ibarət təlimatçılar kursun mövzularını və qarşıya qoyulan məqsədləri dəqiqləşdirir.

Müəllif: Ayna.az