Bakıda məscidin “Azəriqaz”a 592 min manat borcu var

Xəbərlər

04.06.2021 - 17:41

“Borcun böyük məbləğdə olmasına baxmayaraq, məscidin qaz təchizatı heç bir vaxt dayandırılmayıb”

 

“Azəriqaz” İstehsalat Birliyi məscidin borcu ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. AYNA-nın xəbərinə görə, qurumun açıqlamasında bildirilir ki, bu borc “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi 2009-cu ildən öncəki dövrü əhatə edir.

 

Qeyd edilib ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Möhsün Səlim məscidinə 592 min 412 manat təbii qazdan istifadəyə görə borcun yazılmasına dair mətbuat səhifələrində məlumatlar dərc olunmaqdadır: “Borcun böyük məbləğdə olmasına baxmayaraq, məscidin qaz təchizatı heç bir vaxt dayandırılmayıb. Təbii qazın alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinə müraciət olunub, lakin məscidin müvafiq qurumda qeydiyyatının olmaması və müqaviləni fiziki şəxsin adına bağlamaq istəyi kimi səbəblərdən bu, mümkün olmayıb”.

Müəllif: Ayna.az