Bakıda mənzildə köməksiz qalan uşaq xilas edilib

Xəbərlər

11.01.2024 - 12:01

Xilasedicilər 14-cü mərtəbəsində mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış uşağı xilas ediblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bir uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə 17 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış uşağı xilas ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş