Bakıda marketinqin zirvəsi: Freydin də gözləri bərələ qalar - FOTO

Maraqlı

27.05.2023 - 10:19

Freyd bizim üzləşdiyimiz mənzərələrlə üzləşsəydə, parlaq zehni dumanlanardı

Psixoanalizin atası Ziqmund Freyd haqqında bir hekayə var. O, bütün maraqlandıran suallara cavab aldıqdan sonra əsas sual qarşısında cavab tapa bilməyib: "Qadın nə istəyir?".

Aydındır ki, qadınlar, onların şıltaqlıqları, kaprizləri, əhval-ruhiyyələri haqqında sonsuz danışmaq olar. Burada sonsuz sözü heç də metaforik mənada deyil.

Qoca Freyd 83 yaşında dünyasını dəyişdi, amma məndə belə bir hiss var ki, o, Bakı bazarlarını və ya marketlərini gəzsəydi, onun parlaq zehni tormozlanar, ruhunu vaxtından əvvəl Allaha təslim edərdi.

Məsələ burasındadır ki, indi demək dəbdə olduğu kimi, Azərbaycan dillerlərinin yaradıcılığı (razılaşmalısınız, bu, satıcıdan daha səslidir) öz qəribəlikləri ilə heyran edir.

İstehlakçını şirnikləndirmək üçün xırda sahibkarlarımızın piar (PR) kampaniyası yüksək fantaziya mərhələsinə elə qaldırılır ki, alıcıları təəccübləndirməyə bilmir.

Onlar sizə, məsələn, “bal kimi şirin” albalı sata bilərlər. Edem bağlarından meyvə şəklində gilas təqdim edə bilərlər. Ərik, naringi, şaftalı - nə qədər yeməli olmasından asılı olmayarq, hiyləgər iş adamı beynini yuduqdan sonra aılıcının pul kisəsinə yol tapacaq.

Prinsipcə, marketinq hərəkətində heç bir saxtakarlıq yoxdur. Əgər alıcı, Puşkinə görə, özünün aldadılmasından xoşbəxtdirsə, deməli, bu, onun problemidir.

Lakin Azərbaycan bazar mühitində bədnam marketinq hərəkəti elə pik həddə çatıb ki, təkcə Freydin yox, şeytanın özü də heyrətdən donub qalar.

Son illər Azərbaycanda dini amil kifayət qədər populyarlaşıb. Bir çoxları (hamısı deyil), bunun kifayət qədər populyar bir tendensiya olduğuna qərar verərək, alınlarını yerə vurmağa tələsirlər. Əmindirlər ki, bu yolla öz günahlarını örtəcəklər və Uca Allah onları bağışlayacaq.

Amma tələb olan yerdə təklif də var. Azərbaycanda müştəriləri seqreqasiya edərək, dindarlara və tam dindar olmayanlara bölməyə qərar veriblər. Belə ki, Azərbaycan marketlərinin birində telefon konturları satılır. Amma onlar elə-belə konturlar deyil. Onlar... halal konturlardır.

Təbii ki, satıcıların “ilahi” reklam vasitəsilə konturları sırımaq istəyini başa düşürəm. Ancaq sual yaranır: əgər bir ateist və ya aqnostik halal konturlar almağa qərar verərsə, onda necə?

Bunu etmək üçün, satın almazdan əvvəl, o, kəlmeyi-şəhadət və ya xristian duası oxumalıdır? Bəs krişnaid olsa, necə, "Hare Krişna" oxumalı olacaq?

Təbii ki, halal konturları dinindən asılı olmayaraq hər kəs ala bilər. Amma istisna etmək olmaz ki, xristianın, buddistin, krişnaidin telefonuna yüklənən halal konturlar üsyan edib, sadəcə olaraq hesabdan silinəcək. Axı kafirlərin əli “müqəddəs” konturlara toxunub.

Bu sətirlərin müəllifi Allaha iman gətirsə də, heç də həmişə İslamın buyurduğu qanunlara əməl etmir. Amma söz verirəm ki, bu halal konturları alıb, telefonuma yükləyəcəyəm. Əgər işləməsələr, ya dinə meyillənəcəm, ya da telefonumu dəyişməli olacam...

Müəllif: Fed Bakinski