Bakıda marketdən oğurluq edilib

Xəbərlər

27.01.2024 - 12:15

Neftçala rayon sakini Əli Abdullayev saxlanılıb

Bakıda marketdən oğurluq edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən marketlərin birindən 6055 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini Əli Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş