Bakıda kran binanın üzərinə aşıb: 1 nəfər ölüb - <font color=red> VİDEO, FOTO</font>

Hadisə

04.09.2020 - 15:31

Həkimlər Klinikalar SEO Xidməti

Müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub

 

Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. AYNA-nın xəbərinə görə, məlumatda bildirilib ki, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

 

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş