Bakıda karantindən qaçan şəxslə bağlı rəsmi açıqlama

Xəbərlər

11.03.2020 - 17:50

Həkimlər Klinikalar SEO Xidməti

"Hazırda karantində 6 nəfər saxlanılır"

 

Bəzi xəbər saytlarında yayılmış məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) koronaviruslu xəstə qaçıb. Sözügedən şəxsin xəstəxananın pəncərəsindən qaçdığı bildirilir. 

 

AYNA xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə hadisənin dünən baş verdiyi bildirilib: "Dünən həmin şəxslərdən biri həkimdən icazəsiz xəstəxananı tərk edib. Həkim briqadası onu yenidən mərkəzə qaytarıb və başa salıblar ki, icazəsiz xəstəxananı tərk etmək olmaz".

 

"Adam pəncərədən qaçmayıb. Bizdə cəzaçəkmə müəssisəsi deyil ki, onlar xüsusi rejimdə saxlanılsın. Adi palata şəraitində saxlanılır, həmin şəxs də həkimə deməmiş palatadan çıxıb gedib", - deyə qeyd olunub.

 

Həmçinin Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsi ilə saxlanılan şəxslər barədə də məlumat verilib: "Hazırda karantində 6 nəfər saxlanılır, onlarda koronavirus aşkarlanmayıb. Karantin müddəti başa çatandan sonra evə yazılacaqlar”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş