Vüsal 3 gün əvvəl yoxa çıxmışdı
Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı, fevralın 13-də itkin düşmüş Hüseynli Vüsal Elşən oğlu tapılıb.
AYNA "Report"a istinadən xəbər verir ki, o, hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Xatırladaq ki, V.Hüseynli 3 gün əvvəl akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya gəlmişdi. Həmin gündən ondan xəbər yox idi. Onun tapılması məqsədilə Müdafiə Nazirliyinin hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış tədbirləri həyata keçirirdi.