Psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb
Aprelin 22-də Bakıda intihara cəhdin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nərimanov rayonunda bir nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.