Bakıda intihar: 16 yaşlı qız özünü 15-ci mərtəbədən atıb

Hadisə

15.03.2023 - 17:14

Baş Prokurorluqdan faktı təsdiqləyiblər

Bakıda 16 yaşlı qız intihar edib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Həsən Salmani küçəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Sofiya Juravlyovanın yaşadığı binanın 15-ci mərtəbəsindən atdığı bildirilir.

Baş Prokurorluqdan faktı təsdiqləyiblər. Bildirilib ki, Xətai rayonu ərazisində 2007-ci il təvəllüdlü Sofiya Juravlyovanın yaşadığı binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az