Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 240 kvadratmetrdən (hər mərtəbəsi 120 kvadratmetr) ibarət ikimərtəbəli üçotaqlı evin birinci mərtəbəsində sahəsi 20 kvadratmetr olan qarajın içərisində tikinti materialları 5 kvadratmetr sahədə yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.