Onun xəstəlikdən öldüyü bildirilir
Bakı həbsxanasında məhkum ölüb. AYNA Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin paytaxtda yerləşən cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada saxlanılan məhkum Rüfət Hüseynov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.