Bakıda güclü külək fəsadlara səbəb olub

Xəbərlər

06.05.2022 - 23:34

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur

AYNA  "Report"a istinadən xəbər verir ki, axşam saatlarına doğru güclənən külək paytaxtın müxtəlif ərazilərində fəsadlara səbəb olub. Nizami küçəsi, 203B ünvanının qarşısında nəhəng ağac avtomobillərin üzərinə aşıb.

Nəticədə nəqliyyat vasitələrinə və işıq dirəyinə ciddi ziyan dəyib.

Həmçinin paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində avtobus dayanacağı küləyə davam gətirməyərək aşıb.

Hələlik xəsarət alanlar barədə məlumat yoxdur. 

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edəcək. Mayın 8-də gündüz saatlarından küləyin sürətinin tədricən zəifləyəcəyi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş