Bakıda fərdi evdə yanğın olub

Hadisə

25.01.2021 - 06:21

3 otaqlı evin 1 otağında 5 ədəd yataq dəsti yanıb

 

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 98 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 5 ədəd yataq dəsti yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd soyuducu qismən qarsalanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az