Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 kvadratmetr (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli dördotaqlı evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.