Bakıda daha bir avtobus “BakıKart”a keçib

Xəbərlər

01.06.2021 - 16:19

Sabahdan 144 nömrəli marşrutda gedişhaqqı kartla ödəniləcək

 

Sabahdan 144 nömrəli marşrut xətti (Buzovna qəsəbəsi - Mərdəkan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.  AYNa xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

 

Qeyd edilib ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

 

Qeyd edək ki, mayın 24-dən 113 nömrəli marşrut xətti (“Qara Qarayev” m/s – Əmircan qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” sisteminə keçirilib.

Müəllif: Ayna.az