Bakıda çoxmərtəbəli binada lift qırılıb

Hadisə

30.06.2023 - 15:12

Həkimlər Klinikalar SEO Xidməti

Prokurorluq araşdırma aparır

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində içərisində sakinlərin olduğu liftin qırılması faktı üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək. Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş