Bakıda bir sıra yollarda yeni piyada işıqforları quraşdırılıb

Xəbərlər

11.12.2024 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yola piyada zolağı çəkilib

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması istiqamətində işləri davam etdirir. AYNA xəbər verir ki, bu barədə Mərkəzdən bildirilib.

Qeyd olunub ki, bu məqsədlə Mərkəz tərəfindən Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada işıqforları quraşdırılıb: "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yola piyada zolağı çəkilib. Bununla da yoldan istifadə edən piyadaların rahat gediş-gəlişi təmin olunub".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş