Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişib

Xəbərlər

07.11.2023 - 17:41

Hərəkət istiqamətlərində dəyişiklik müvəqqətidir

8 Noyabr – Zəfər günü ilə əlaqədar saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə dəyişiklik tətbiq ediləcək. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, məhdudiyyətlərə uyğun olaraq 40 sayda (E2, M3, H1, 1, 2, 3, 4, 5, 6, 10, 13, 14, 17, 18, 21, 29, 30, 31, 32, 33, 37, 38, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 83, 88, 88A, 96, 125, 149, 175, 205 və 206 nömrəli) marşrutun hərəkət istiqamətlərində müvəqqəti dəyişiklik ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş