Bakıda baş vermiş partlayışın qaz sızması ilə əlaqəsi yoxdur - RƏSMİ

Hadisə

12.07.2022 - 17:23

Həkimlər Klinikalar SEO Xidməti

“Xüsusi qəza xidmətimiz tərəfindən hadisə yeri tam araşdırılıb, qaz sızması aşkarlanmayıb”

Dünən gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış baş verib.

AYNA xəbər verir ki, “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin sözlərinə görə, Bakı şəhəri, H.Z.Tağıyev küçəsində baş vermiş partlayış və yanğının qaz sızması ilə əlaqəsi yoxdur.

“Xüsusi qəza xidmətimiz tərəfindən hadisə yeri tam araşdırılıb, qaz sızması aşkarlanmayıb, səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır”, - deyə Əliyev vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş