Bakıda “Almatı prosesi”nin 3-cü Nazirlər Konfransı keçirilir

Xəbərlər

24.04.2025 - 16:39

Həkimlər Klinikalar SEO Xidməti

Miqrasiya sahəsində çoxtərəfli regional dialoqun təşviqinə yönəlmiş “Almatı prosesi”nin Nazirlər Konfransı işə başlayıb

Bakıda miqrasiya sahəsində çoxtərəfli regional dialoqun təşviqinə yönəlmiş “Almatı prosesi”nin 3-cü Nazirlər Konfransı işə başlayıb.

AYNA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının “Almatı prosesi”nə ikiillik sədrliyinin yekunu olaraq təşkil olunan konfransın əsas məqsədi ölkəmizin prosesə sədrliyi dövründə həyata keçirilən fəaliyyətlərə nəzər yetirmək, “Almatı prosesi”nin 3-cü Nazirlər Konfransının Bakı Bəyannaməsinin qəbul edilməsi və sədrliyin Qazaxıstan Respublikasına ötürülməsidir.

Tədbirdə “Almatı prosesi”nə üzv, müşahidəçi və dəvət olunmuş dövlətlərin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq orqanlarının və beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndə heyətləri iştirak edir.

Qeyd edək ki, “Almatı prosesi” 10 dövləti özündə birləşdirən, Mərkəzi Asiya və ona qonşu regionlarda miqrasiyanın mürəkkəb dinamikasından irəli gələn çoxsaylı problemlərin aradan qaldırılması ilə bağlı müxtəlif səviyyələrdə dialoqun qurulmasını həyata keçirən platformadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş