Bakıda ağır yol qəzası baş verib

Hadisə

13.12.2021 - 18:03

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb

Bakıda ağır yol qəzası baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, Dağüstü park yolunda qeydə alınıb.

BMW markalı avtomobillər toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə ərazi üzrə rayon polis idarəsinin əməkdaşları cəlb olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya faktı təsdiqləyib və bildirib ki, qeyd olunan yolda hərəkətin təmin olunması üçün lazımı tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş