12 ağacın budaqları sınıb
Gecə saatlarından etibarən Bakı şəhəri ərazisində 8 ağac sınıb, 12 ağacın budaqları qırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Qeyd olunub ki, sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.