Bakıda 7 nəfər liftdə qalıb

Hadisə

30.01.2020 - 10:47

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Sabunçu,Səbail, Nərimanov və Xətai rayonları üzrə ayrı-ayrı ünvanlarda liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 6 müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş