Azyaşlı xəstəxanaya çatdırılıb
Bakıda zəhərlənmə hadisəsi baş verib.
AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. 2015-ci il təvəllüdlü Quluzadə Mikayıl Cəbrayıl oğlu yaşadığı evdə dəm qazından zəhərlənib. Azyaşlı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.