Bakıda 46 yaşlı kişi qətlə yetirilib

Hadisə

19.08.2025 - 16:59

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadın saxlanılıb

Bakıda qətl hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə avqustun 19-da gecə saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş