Külək nəticəsində 41 ağac, 64 ağac budağı sınıb
Dünəndən əsən şiddətli külək nəticəsində Bakı şəhərində 41 ağac, 64 ağac budağı sınıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Yaşıllaşdırma Təsərrüfat Birliyindən bildirilib.
Qeyd olunub ki, Birliyin briqadaları səhərə qədər operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər.