Bakıda 2 maşın toqquşub, xəsarət alan var

Hadisə

14.12.2023 - 23:53

Həkimlər Klinikalar SEO Xidməti

Sürücülərdən biri hadisə yerindən qaçıb

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

“BMW” markalı maşını idarə edən şəxs yol ayrıcından geriyə dönərkən “Honda” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşınını “BMW” markalı avtomobilə çırpıb. Qəza zamanı “BMW” yol ayrıcı betona çırpılaraq dayanıb. “Honda”nın sürücüsü hadisə yerindən yayınıb. Məlum olub ki, “Honda” markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Fakt üzrə əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü axtarışdadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş