Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb
Paytaxtın Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. AYNA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, evdən çıxanda onun əynində güllü köynək, göy rəngli cins şalvar və ayağında qara rəngli idman ayaqqabısı olub.
Onun harada olması barədə məlumatı olan şəxslər varsa, DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsi, eləcə də, 3-cü Polis Şöbəsinə 055 215 21 20, 051 841 41 41, 055 306 03 02, 012 590 73 02 və 012 456 03 02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.