Bakıda 12 yaşlı qız itkin düşüb - <font color=red> FOTO</font>

Xəbərlər

05.01.2021 - 10:39

Həkimlər Klinikalar SEO Xidməti

Yeniyetmənin əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub

 

Paytaxtın Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub.

 

Şəkildə gördüyünüz qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə, (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş