Bu gündən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır
Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar təyin edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Qeyd olunub ki, aprelin 1-dən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır.
Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.