Bakı və Gədəbəydə işaxtaranlara 630 vakansiya təqdim olunub

Xəbərlər

14.07.2023 - 22:56

Hər iki tədbirdə vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.

Agentlikdən AYNA-ya bildirilib ki, Bakı Regional Məşğulluq filialı tərəfindən keçirilən aktiv məşğulluq tədbirində 21 müəssisə tərəfindən 500-dək iş yeri təqdim edilib, işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə əlaqə qurmaq və boş iş yerləri ilə tanış olmaq imkanı yaradılıb.

Növbəti əmək yarmarkası Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən Gədəbəydə təşkil edilib. Tədbirdə 11 müəssisə tərəfindən 130 vakansiya təqdim edilib.

Hər iki tədbirdə vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar təqdim edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş