Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə baxış keçirilib

Xəbərlər

01.08.2025 - 22:18

Laşa Abaşidze dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olub

“Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin (SC) rəhbərliyi Bakı-Tbilisi-Qars dəmir yolundakı cari vəziyyətlə tanış olmaq üçün xəttə baxış keçirib.

AYNA.AZ-ın xəbərinə görə, Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən Azərtac-a bildirilib ki, səhmdar cəmiyyətin baş direktoru Laşa Abaşidze dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olub, xəttin mövcud infrastrukturu ilə maraqlanıb.

Baş direktor Axalkalaki stansiyasında Çindən yola salınmış, Türkiyədən keçərək Avropaya yollanacaq qatara da baxış keçirib.

Qeyd olunub ki, BTQ dəmir yolu ilə qatarların hərəkəti test rejimində həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam istismara verilməsi yükdaşımaları əhəmiyyətli dərəcədə artıracaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş