XİN: “Azərbaycan Çinin daxili işlərinə qarışmağın əleyhinədir”
Azərbaycan Tayvanın müstəqilliyini tanımır və orada keçirilən seçkiləri pisləyir. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Bakı vahid Çin siyasətini dəstəkləyir.
“Azərbaycan Çinin daxili işlərinə qarışmağın əleyhinədir”, - deyə məlumatda vurğulayıb.
Qeyd edək ki, tayvanda yanvarın 13-də keçirilən seçkilərin nəticələrinə görə, hakim Demokratik Tərəqqi Partiyasından namizəd, hazırkı vitse-prezident Lai Qinqde Tayvanın başçısı olacaq.