Bakı-Sumqayıt yolunda qəza: piayada ölüb

Hadisə

04.12.2022 - 23:42

40 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə yolun Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, Ceyranbatan qəsəbəsi sakini 1982-ci il təvəllüdlü İbrahimova Ramilə Məhəmməd qızını "Honda" markalı avtomobil vurub. 40 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az