Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödənilib

Cəmiyyət

11.01.2022 - 17:21

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət Sosial Müdafiə Fondundan məlumat yayıb

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişi həyata keçirilib.

AYNA xəbər verir ki, həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək.

Qeyd edək ki, bu ilin əvvəlindən ölkədə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş