Bakı Şəhəri Təhsil İdarəsinə edilən müraciətlərin sayı açıqlanıb

Xəbərlər

03.02.2021 - 17:28

Həkimlər Klinikalar SEO Xidməti

Ötən ay Bakı Şəhəri Təhsil İdarəsinə 1612 müraciət daxil olub

 

2021-ci ilin yanvar ayı ərzində Bakı Şəhəri Təhsil İdarəsinə (BŞTİ) 1612 müraciət daxil olub. BŞTİ-dən AYNA-ya bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (+99412 599-12-22) 654 zəng qəbul edilib.

 

Ötən ay BŞTİ-yə 753 sənəd (vətəndaşlar tərəfindən 188 ərizə, Təhsil Nazirliyindən 82, digər qurumlardan 171, məktəblərdən 237 məktub, 25 strukturdaxili yazışma və 50 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 205 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş