Bakı Şəhər İcra Hakimiyyəti qışa hazırlıq görür

Xəbərlər

17.09.2020 - 14:18

cedabet dərman SEO Xidməti

Paytaxtin hər bir rayonuna cavabdeh şəxs təyin edilib

 

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri davam edir. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, ilk, növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

 

Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib. Həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda payız-qış mövsümünə hazırlıq tədbirlərinin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar. Bu işlər çərçivəsində artıq bir neçə gündür paytaxtın bütün rayonlarında monitorinqlər keçirilib.

 

Yerlərdə görülən işlərin müzakirəsi məqsədilə Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərlərinin iştiraki ilə onlayn formatda operativ müşavirələr keçirilib. Müşavirələrdə qışa hazırlığın vəziyyəti müzakirə edilərək hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.

 

Qeyd olunub ki, rayonlardakı hər bir qurum qış aylarında üzərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağı bacarmalı, yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.

 

Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, yoxlamalar nəticəsində aşkarlanan çatışmamazlıqlar müzakirə edilərək onların aradan qaldırılması ilə bağlı cavabdeh şəxslərə tapşırıqlar verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş