Faktla bağlı araşdırma aparılır
Bakıda qətl hadisəsi baş verib. AYNA xəbəri verir ki, hadisə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində qeydə alınıb.
Belə ki, Bakıda kirayədə qalan Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayev qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı, 35 yaşlı Elnarə Ağarzayevanı qısqanclıq zəminində qətlə yetirib.
Daha sonra S.Babayev polisə gedərək könüllü təslim olub.
Faktla bağlı araşdırma aparılır.