Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb
Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb.
AYNA.AZ-ın “Report”a istinadən xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.
Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.
Problem səhər saatlarından davam edir.