Bakı-Quba yolunda iki avtomobil toqquşub

Hadisə

25.09.2022 - 17:48

Hadisə nəticəsində ölən və xəsarət alan olub

Bakı-Quba yolunda qəza olub, ölən və xəsarət alan var. AYNA-nın APA-ya istinadən xəbərinə görə, qəza magistralın “Yeni Yaşma” yaşayış massivindən keçən hissəsində qeydə alınıb.

 “Lada Kalina” markalı avtomobil “Range Rover” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az