ADY-nin bütün rayonlararası marşrutları ilə Kürdəmirə səfər etmək mümkün olacaq
16 maydan etibarən Bakı-Qəbələ-Bakı xətti ilə hərəkət edən qatarlar Kürdəmir stansiyasında da dayanacaq.
AYNA.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.
Qeyd edilib ki, bununla da, ADY-nin bütün rayonlararası marşrutları ilə Kürdəmirə səfər etmək mümkün olacaq.