Bakı-Qazax yolunda maşın aşıb

Hadisə

04.05.2022 - 19:47

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində xəsarət alanlar var

Hacıqabul rayonunda yol qəzası baş verib.

AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 “Mercedes” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan 3 nəfər Gəncə şəhər sakini - 1962-ci il təvəllüdlü Orucova Maya Aslan qızı, 1967-ci il təvəllüdlü Orucov Mübariz Cahangir oğlu və 1972-ci il təvəllüdlü Xudaverdiyev Elşən Firudun oğlu xəsarətlər alıb. Onlar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş