Bakı-Naxçıvan aviareysi üzrə təyyarə Naxçıvan Hava Limanına eniş edib

Xəbərlər

09.03.2026 - 20:58

Hava limanında uçuşlar yenidən həyata keçirilməyə başlayıb

Bu gün saat 18:00-da Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, sərnişinlər tam təhlükəsizlik şəraitində yüklərini götürərək aeroportu tərk edirlər.

Bununla da hava limanında uçuşlar yenidən həyata keçirilməyə başlayıb.

Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş