"Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb
"Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb. Köməkçi qatar təyin edilib.
AYNA xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq qatardan sərnişinlər düşürülüb, qatar xətdən çıxarılıb.
Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma yaranıb.