Maşinist “Memar Əcəmi” stansiyasında sərnişinləri düşürüb
Bakı metrosunda qatarların hərəkəti ləngiyib.
"Bakı Metropoliteni"nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AYNA-ya açıqlamasında, ləngimənin səbəbinə aydınlıq gətirib.
"Təxminən saat 9:33 radələrində maşinist "Dərnəgül" stansiyasından gələn qatara texniki baxış keçirmək üçün "Memar Əcəmi"də sərnişinləri düşürüb. Qatar stansiya dalanına verilib. Əvəzinə depodan qatar verilib. Həmin vaxt əcəmidən nərimanova qədər 1 qatar xətdə olmadığı üçün iki qatar arasında interval iki dəfə artıq olub", - deyə B.Məmmədov bildirib.